![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Yan 2022
23:20
![]() |
05
Yan 23:20
![]() Qazaxıstan prezidenti etirazçıları “terrorçu dəstələr” adlandırıb KTMT-yə müraciət etdi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə ölkəni təhlükəsizlik şurasının iclası keçirilib. İclasda dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkələrə müraciət edib. O, ölkədə baş verənləri xarici təcavüz kimi qiymətləndirib. Yerli telekanallar vasitəsilə yayımlanan iclas zamanı Tokayev Almatıdakı iğtişaşların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb. “Hazırda Almatıda və digər şəhərlərdə terrorçular tüğyan edir. Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava desant bölməsi döyüşlər aparır. Şəhərin hava limanı, beş təyyarə ələ keçirilib”, - deyə o qeyd edib. Prezident xalqın maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyini bildirib. Mənbə: “Sputnik Qazaxıstan” Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|