Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



18 Sen
2020
12:31
2394
18
Sen
12:31



Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi

Bu il 05 may 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən yolda naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub hadisə yerindən qaçması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdı.

Baş Prokurorluqdan XeberOxu.Az-a verilən məlumatda bildirilir ki, aparılmış istintaqla Kərimov Kamil Əhmədağa oğlunun qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, 19.08.2019-cu il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə Həsənov Bəhruz Bayram oğlunun bibisi oğlu Kamil Kərimovla 04 may 2017-ci il tarixdə gecə saatlarına kimi mərhumun qardaşı Feyruz Kərimov tərəfindən təşkil edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağlar massivində yerləşən bağ evindəki məclisdə spirtli içkilər qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kamil Kərimovun baş nahiyəsinə bir litrlik şüşə butulka ilə bir dəfə möhkəm zərbə vurmaqla ona sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan xəsarət yetirməsindən sonra Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən hissəsində düşürməsinə və nəticədə yolun kənarında olan Kamil Kərimovun naməlum avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu əsasla 07.09.2020-ci il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə), 263.2 və 264-cü maddələrinə tövsif olunmaqla, istintaqın davam etdirilməsi Baş Prokuror tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-bioloji, təkrar məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

İstintaq zamanı təqsirləndirilən şəxs Bəhruz Həsənov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi əməli səmimi olaraq etiraf etmiş, bundan başqa hadisənin şahidi olmuş şəxslər hadisənin baş vermə şəraitini videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı olduğu kimi göstərib.

Bəhruz Həsənov 07.09.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09.09.2020-ci il tarixdə isə ona həmin maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda mərhum Kərimov Kamil Əhmədağa oğlunun meyitinin aşkar olunma şəraiti, o cümlədən hadisənin baş vermə şərait və mexanizmi və digər xüsusatların istintaq yolu ilə hərtərəfli öyrənilməsi məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov







Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər







Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir







Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.