20 Yan
2020
11:51
1705

20
Yan
11:51



Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var -Foto +YENİLƏNİB

Sumqayıtda çağrışa gedən üç təcili tibbi yardım maşını qəzaya düşüb.

XeberOxu.Az-ın məlumatına görə,  Bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə,  təcili tibbi yardım maşını şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çağırışa gedərkən digər avtomobil tərəfindən vurulub:

“Hadisə yerinə kömək üçün gələn başqa təcili tibbi yardım maşınını da orada vurublar. Daha sonra əraziyə cəlb olunan üçüncü təcili tibbi yardım maşını vurulub. Nəticədə altısı tibb işçisi və digər bir nəfər sürücü yüngül xəsarət alıb”.

R.Əliyeva qeyd edib ki, yaralılara yerində ambulator yardım göstərilib.

**

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. 

XeberOxu.Az-ın məlumatına görə, “Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə beş avtomobilin toqquşduğu qəza bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

İlkin məlumata görə, xəsarət alanlardan üçü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.