Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
08:05
585



Bakı Taxıl Terminalında fumiqasiya tədbirləri həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin iştirakı ilə “Bakı Taxıl Terminalı” MMC-nin istehsal və saxlanılma yerlərində 34 min kubmetr ərazidə fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XeberOxu.az-a bildirilib ki, fumiqasiya tədbirləri Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydası”na uyğun olaraq aparılır. Fumiqasiya tədbirləri AXA-nın Fumiqasiya Mərkəzi tərəfindən görülür və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən bu tədbirlərin aparılmasına yol verilmir.

Respublika ərazisində karantin və xüsusi təhlükəli orqanizimlərin yayılmasının qarşısını almaq məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirləri təlimata uyğun həyata keçirilir. Bakı şəhərində istehsal və saxlanma yerləri, Şəki, Oğuz, Bərdə, Qobustan, Ağdam, Ağcabədi, Beyləqan və İmişli rayonlarında toxumçuluq təsərrüfatlarının anbarları fumiqasiya edilib.

Bu ilin 5 ayında fumiqasiya dəstəsi tərəfindən 205 min 940 kubmetr istehsal və saxlanma yeri, 95 min 500 kubmetr meşə materialı, 85 min 423,35 ton dənli və paxlalı bitkilər, texniki yüklər və sair fumiqasiya edildib. Həmçinin Fumiqasiya Mərkəzi tərəfindən sahibkarların müraciəti əsasında 485 min 96 kubmetr istehsal və saxlanma yeri, 165 min 61,7 kubmetr meşə materialı, 160 min 301,7 ton dənli və paxlalı bitkilər, texniki yüklər və sair fumiqasiya olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir.

Hazırda fumiqasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az