Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



31 Iyul
2020
15:41
6100
31
Iyul
15:41



Xəbəri səsli dinlə
Bakı və Sumqayıtda qurbanlıq qoyunlar onlayn satılır

Bakı və Sumqayıtda qurbanlıq qoyunların onlayn satışı başlayıb.

XeberOxu.Az-ın məlumatına görə,  Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfidən təşkil olunan bu təşəbbüs avqustun 1-nə kimi davam edəcək.

Xatırladaq ki, satış məntəqələri Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 ünvanı əhatə edir. Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır.

Qurbanlıqların onlayn sifarişi www.qurbanliq.kendden.az portalı vasitəsilə həyata keçirilib. Belə ki, vətəndaşlar 31 iyul saat 00:00-dək portala daxil olaraq qurbanlıqlarını sifariş edib, satış məntəqələrindən onlayn növbələrini götürüblər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı özləri seçiblər. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndərilib. Bu bildiriş əsasında vətəndaşlar bu gün və sabah seçdikləri məntəqəyə yaxınlaşaraq növbə gözləmədən sifariş etdikləri qurbanlığı kəsilmiş formada əldə edə bilərlər.

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir. 3 gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib.

Qeyd edək ki, qurbanlıq qoyunların kəsimi islami və sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla rəsmi icazəsi olan kəsimxanalarda həyata keçirilir. Xidməti personal tibbi qoruyucu vasitələrdən istifadə etməklə (əlcək, maska, baş geyimi və s.) fəaliyyət göstərir. Dünyada və ölkəmizdə mövcud koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə uyğun olaraq satış məntəqələrində vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət edilir. Bu prosesdə Aqrar İnkişaf Könüllüləri Təşkilatının üzvləri də yaxından iştirak edir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.