13 Fev
2020
17:51
904

13
Fev
17:51



Bakıda 450-dən artıq avtobusun hərəkətinə mane olan parklanma aradan qaldırılıb

İctimai nəqliyyatın sərbəst hərəkəti və nəqliyyat axınının fasiləsizliyini təmin edilmək məqsədi ilə Qara Qarayev prospektində qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri gücləndirilib. Görülən tədbirlər nəticəsində, prospektdə əvvəllər pik və qeyri-pik saatlarda nəqliyyatın hərəkətində müşahidə edilən nizamsızlıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən XeberOxu.Az-a verilən məlumata gör, nəqliyyat vasitələrinin qadağan olunan yerdə park edilməsi Qara Qarayev prospektindən keçən 30 müntəzəm marşrut xətti üzrə 450-dən artıq avtobusun hərəkət intervalına ciddi şəkildə mənfi təsir göstərir. Bəzi sürücülər şəxsi minik avtombillərini dayanacaq məntəqəsində saxlayırlar ki, nəticədə sərnişinlərin avtobusdan istifadəsi çətinləşir və onların həyatı üçün təhlükə riski yaranır.

Dayanma və durma qaydalarının pozulması səbəbindən, gün ərzində prospekt boyunca avtomobillər daha çox sıxlıqda dayanır ki, bu da atmosferin daha çox çirklənməsi deməkdir.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanma halları axşam saatlarında Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşən şadlıq sarayları və digər iaşə obyektlərinin qarşısında da müşahidə olunur.

Bunu nəzərə alaraq bir daha sürücülərə yol hərəkəti qaydalarına o cümlədən dayanma və durma qaydalarına əməl etməyi, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, sürücülər ancaq nəzarət tədbirləri zamanı deyil daim yol nişanlarının tələbini əsas götürərək müəyyən olunan qayadalara əməl etsinlər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.