# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
14:00
569

25
Mart
14:00



Bakıda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Bakının Xətai rayonunda M.Mehdizadə küçəsi ilə N.Rəfiyev küçələrinin kəsişməsindən başlayaraq Y.Səfərov küçəsinə qədər olan ərazidəki qaz xətti dəyişdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən Xeberoxu.az-a bildirilib ki, 2003-cü ildə istifadəyə verilən polad kəmər 159 mm diametrindədir və yenilənən hissəsi 1000 metr təşkil edir. Uzun müddət istifadə edildiyindən istismara yararsız hala düşən qaz xəttində tez-tez qaz sızmaları aşkarlanıb. Bu isə hər dəfə təmir aparılarkən sakinlər üçün çətinliklər yaradıb, eləcə də vaxtaşırı qaz təchizatında fasilələrə gətirib çıxarıb. Fasilələr yaranarkən əsasən Xətai rayonunun M.Mehdizadə, İ.Orucov, A.İsmayılov, F.Bayramov, S.Senyuşkin, Y.Səfərov, N.Rəfiyev küçələri və Xocalı prospektinin sakinləri qaz qəbulunda çətinliklərlə üzləşiblər. Ərazidə yeni çoxmərtəbəli binaların inşası, bir sıra iaşə müəssisələrinin istifadəyə verilməsi də mövcud kəmərin daha böyük diametrli kəmərlə əvəzlənməsinə zərurət yaradıb. Bundan başqa sözü gedən kəmərdən Ali Məhkəmənin qazanxanası da istifadə edir.

“Azəriqaz” İstehsalat Birliyi sadalananları nəzərə alaraq sözügedən qaz kəmərinin 200 mm diametrində olan polietilen kəmərlə dəyişdirilməsini məqsədəuyğun sayıb. Hal-hazırda ərazidə təmir-tikinti işləri aparılır və yaxın 20 gün ərzində bu proses tamamlanacaq. Bundan sonra Xətai rayonunun adları qeyd edilən küçələrində 8 min abonentin qaz təminatı xeyli yaxşılaşacaq.

Onu da qeyd edək ki, xidmət sahəsi olaraq “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də iş başındadır. Lakin bu kimi təxirəsalınmaz təmir-tikinti prosesinə ehtiyac yaransa belə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin koronavirus təhlükəsi barədə xəbərdarlıqları, tövsiyyələri əsas götürülür. İşlərin icrası kütləvi işçi qüvvəsi ilə deyil, növbəli rejimdə həyata keçirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.