12 Yan 2021
05:00
![]() |
12
Yan 05:00
![]() Bakıda Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olundu 13-14 fevral 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olundu. XeberOxu.Az-ın Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar xəbər yayıb. Qeyd edək ki, 4-7 mart 2021-ci tarixlərində paytaxtımızda İdman gimnastikası üzrə Dünya Kuboku, Bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21-23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11-14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur. Məqalə: ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Göyçayda 5 otaqlı ev yanıb
Bakıda bir nəfər köməksiz qaldı
Bakıda mansarda tipli ev yanıb
|