# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
13:25
602

25
Mart
13:25



Bakıda KFC təamlarını özünüzlə apara və ya Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərsiniz

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq KFC restoranları hökumətin tövsiyələrini nəzərə alaraq 24 mart tarixindən etibarən Bakıdakı restoranlarının iş rejimini saat 12:00-dan 15:00-dək məhdudlaşdırıb.

Bununla belə vətəndaşlar restoranın iş qrafikinə uyğun olaraq KFC təamlarını özləri ilə apara və ya gecə saat 01:00-dək Hungry.az çatdırılma xidməti ilə sifariş edə bilərlər.

Onlayn sifarişlərə artan tələbatla əlaqədar olaraq və çatdırılma tərəfdaşı olan Hungry.az xidmətinin buna hazır olması üçün KFC mümkün olan hər şeyi edib. Tərəfdaşlar sifarişlərin ən qısa müddətdə -30 dəqiqə ərzində ünvana çatdırılmasını təmin edirlər.

KFC-dən salatlar, milkşeyklər, dondurma və dondurmalı desertlər, həmçinin qablaşdırılmamış içkilər istisna olmaqla, menyunun digər bütün əsas yeməklərini, o cümlədən şüşə qablarda qablaşdırılmış içkiləri sifariş etmək mümkündür.

Azərbaycanda və dünyada koronovirusla bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq KFC fastfud restoranlar şəbəkəsi Azərbaycandakı restoranlarında qonaq və işçilərin təhlükəsizliyinə yönəlmiş tədbirləri gücləndirib. Belə ki, hər bir restoranda dezinfeksiyaedici vasitələrin ehtiyatı artırılıb, ehtiyat ən azı bir ay üçün nəzərdə tutulub və ehtiyac yarandıqda vaxtında yenilənir. KFC əməkdaşları üçün onsuzda sərt olan gigiyena qaydalarını daha da gücləndirib, əllərin yuyulması və antibakterial vasitə ilə təmizlənməsi intervalını azaldıb.

Qeyd:
Yum! Brands, Inc (NYSE: YUM) şirkətinin şöbəsi olan KFC toyuq yeməkləri sahəsində ixtisaslaşmış, nailiyyətlər və yeniliklərlə zəngin çoxillik tarixə malik beynəlxalq restoran brendidir.
Brendin tarixi 75 il əvvəl 11 adda ot və ədviyyatdan istifadə etməklə toyuq hazırlamaq üçün qeyri-adi resept yaradan polkovnik Harland Sanderslə başlayıb. Həmin resept Harland Sandersin mətbəx qapısının əks tərəfinə yazılıb. Bu gün KFC polkovnik Sandersin yaratdığı uğur formulasına yenə də sadiqdir. Toyuq əti dünyanın 140 ölkəsində fəaliyyət göstərən 23000-dən artıq restoranda xüsusi təlim keçmiş aşbazlar tərəfindən əl ilə xüsusi qarışığa batırılaraq qızardılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.