RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



02 Iyul
2019
14:00
987



Bakıda atasını bıçaqlayan qızın MƏHKƏMƏSİ
Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

XeberOxu.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Günel Hüseynova barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilmədiyi məhkəməyə elna olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 20-də gecə saatlarında Bakının Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib. 49 yaşlı İlham Hüseynov ağır bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, İ.Hüseynovu qızı G.Hüseynova bıçaqlayıb. Şübhəli şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Bolis Bölməsi tərəfindən saxlanılıb. İstintaq dindirilməsi zamanı G.Hüseynova əməlini etiraf edərək bildirib ki, atası mütəmadi olaraq evə sərxoş vəziyyətdə gələrək qalmaqal salıb.

O, fevralın 20-də gecə saatlarında yenidən sərxoş vəziyyətdə evinə gəlib və ailəsinə qarşı amansızlıq edib. Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.  
Qeyd edək ki, məhkəmənin baxış iclası iyul ayının 8-nə təyin edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb







Tanınmış aparıcıya vəzifə verildi







Azərbaycanda vəzifəli şəxs postunu tərk etdi







Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az