XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



09 Apr
2021
18:34
743
09
Apr
18:34



Milli Məclisin Sədri Volkan Bozkır ilə görüşüb

Aprelin 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən bildirilib ki, parlamentin Sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir. Heç də təsadüfi deyildir ki, müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər.

Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Milli Məclisin Sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında Əməkdaşlıq haqqında sənədin imzalanmasını yüksək dəyərləndirib.

Söhbətdə Spiker Sahibə Qafarova artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməsini xatırlayaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Ancaq işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini Ermənistan dövləti hələ də təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır. Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik. Bu xəritələrin təqdim edilməsi Qarabağda bərpa işlərinin daha sürətlə aparılmasına təkan verəcək.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti kimi ilk səfərlərindən birini Azərbaycana etməyindən qürur duyduğunu söyləyib. Bildirilib ki, BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.

Volkan Bozkır deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.