XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



09 Apr
2021
20:27
1233
09
Apr
20:27



Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə başsağlığı verib.

XeberOxu.Az xəbər verir ki, başsağlığında deyilir:

"Ülyahəzrət,

Həyat yoldaşınız – Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xidmət etmiş, həmişə Sizin yanınızda olmuş, ölkənizin rifahı naminə məsuliyyətli fəaliyyətinizdə Sizə dəstək vermişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

X X X

Prezident İlham Əliyev, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona da başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Baş nazir,

Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.