XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



10 Apr
2021
14:47
734
10
Apr
14:47



Yol polisi Qaxda reyd keçirib- FOTO

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları piyadalara yol verməyən sürücülərin, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Report-a verilən məlumata görə, reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Edilən xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq, barələrində inzibati protokol tərtib olunub. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Göyçayda 18 yaşlı qızın öldürüldüyü məlum oldu- TƏFƏRRÜAT








Binəqədidə 18 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb








Oğuzda 15 yaşlı məktəbli özünü asıb








Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.