XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



11 Apr
2021
02:00
758
11
Apr
02:00



Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 19 mart 2021-ci il tarixli iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib.

MDU-dan Xeberoxu.az-a verilən məlumata görə, həmin qərara əsasən MDU rektorunun 6 aprel 2021-ci il tarixli müvafiq əmri ilə sözügedən Mərkəz təsis edilib.

Tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli, vətənpərvər vətəndaş kimi yetişdirilməsi işinə davamlı surətdə töhfə verməyi hədəfləyən TVİM-in başlıca vəzifələri qəhrəman şəhid və qazilərimizin gənc nəsilə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsidir. Eyni zamanda, Mərkəz şəhidlərin adlarının əbədiləşdirilməsi, qazilərə xüsusi diqqətin göstərilməsi, tarixi günlərə həsr olunmuş müxtəlif formatlı tədbirlərin təşkili və digər müvafiq istiqamətlər üzrə fəaliyyətlərin icrası və əlaqələndirilməsini həyata keçirəcəkdir.

MDU-nun məzunu Minayə Hüseynova TVİM-in koordinatoru vəzifəsinə işə qəbul edilib. M.Hüseynova 2011-2015-ci illərdə MDU-da “Ekologiya mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb.

M.Hüseynova Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan MDU-nun məzunu Əzəmi Hüseynovun həyat yoldaşıdır. Şəhid Əzəmi Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhdilik zirvəsinə ucalıb.

Qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət göstərilməsi, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdiklə¬ri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclər arasında təbliğ edilməsi MDU-da daim diqqət mərkəzində saxlanılır.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.