XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



11 Apr
2021
15:29
596
11
Apr
15:29



Şəmkirdə yol polisi reyd keçirib

Şəmkirdə piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Bundan başqa reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən və digər qayda pozan şəxslər də müəyyən edilərək barələrində qanunla müəyyən edilmiş qaydada tədbir görülüb.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları da piyadalara yol verməyən sürücülərin, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Edilən xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq, barələrində inzibati protokol tərtib olunub.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.