03 Sen 2019
20:23
![]() |
03
Sen 20:23
![]() Bakıda daha bir yerdə sarı tor zolaq çəkilir - Hansı küçə? Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə saat 13:00-dan başlayaraq axşam saatlarına qədər Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən XeberOxu.Az-a verilən məlumata görə, daha sonra bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Nəsimi rayonu, Ceyhun bəy Hacıbəyli küçəsi, Binəqədi rayonu Məsud Davudoğlu küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri və Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Aleksandr Puşkin küçəsinin kəsişməsində sarı tor zolaqlarının çəkilişi işləri aparılacaq. Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |