XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

05 Avq
2022
18:17
461
05
Avq
18:17



Bakıda fəaliyyət göstərən mərasim evində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən veriln məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, Həmzə Babaşov küçəsi 6A ünvanında fəaliyyət göstərən hüquqi şəxs “Ceremony Hall” QSC-yə məxsus yas mərasimi evində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Belə ki, müəssisədə məhsulların saxlanması zamanı temperatur rejiminin pozulduğu, quru anbar sahələrindən keçən kanalizasiya borularının izolyasiya edilmədiyi, müəssisədə çirkli qabların yuyulması və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, vaxtlı-vaxtında dezinfeksiya işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkar olunub.

Müəssisədə hazırlanan qidalardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb








Ağcabədidə dələduzluq edən şəxs tutuldu








TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB








Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.