Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



04 Iyul
2020
11:23
3630
04
Iyul
11:23



Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

Paytaxtda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən geniş miqyaslı dezinfeksiya işləri aparılır.

XeberOxu.Az-ın məlumatına görə, BŞİH-nin şəhər təsərrüfatı üzrə şöbə müdiri Ayaz Hüseynov bildirib ki, pandemiya dövründə koronavirusla mübarizə işləri çərçivəsində növbəti dəfə gücləndirilmiş geni miqyaslı dezinfeksiya işləri aparılır.

Onun sözlərinə görə, İcra hakimiyyəti tərəfindən dezinfeksiya işlərinə 2 min nəfərə yaxın əməkdaş, 40 ədə texnika və əlavə olaraq Daxili İşlər Nazirliyi tərəfindən 20 ədəd texnika cəlb olunub.

Bu gün 450-dən çox küçə və prospektlərin dezinfeksiya olunması planlaşdırılır.

Qeyd olunan dezinfeksiya işləri ilə yanaşı, paytaxtın bütün rayonlarında rayon icra hakimiyyətləri, polis idarələri və aidiyyətı idarə və təşkilatların məsul əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən mövcud sanitar-gigiyena qaydalarına əməl olunmasının vəziyyətinin öyrənilməsi məqsədi ilə reydlər davam etdirilir, vətəndaşlarla maarifləndirmə işləri aparılır.

Reydlər nəticəsində bəzi ticarət obyektlərində aşkarlanan sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi halları aradan qaldırılır, pozuntulara yol verilmiş obyektlərin sahıblərinə qarşı inzibati cəza tədbirləri tətbiq olunur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.