31 Iyul
2020
15:07
13135
31
Iyul
15:07



Bakıda həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb -Video

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  XeberOxu.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsini vətəndaşlardan tələb edir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.