Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
20:30
676

16
Sen
20:30



Bakıda iki ayrı rayonda iki nəfəri bıçaqladılar

Bakıda iki bıçaqlanma hadisəsi baş verib.

Xeberoxu.Az oxu.az-a istinadla xəbər verir ki, hadisələr paytaxtın Sabunçu və Nizami rayonlarında olub.

İlk hadisədə Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu xəsarət alıb.

O, ötən gün saat 20:00 radələrində Klinik Tibbi Mərkəzə daxil olub.

İlkin məlumata görə, zərərçəkmiş Binəqədi şossesindən xəstəxanaya aparılıb.

Lakin araşdırma zamanı cinayətin Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində törədildiyi, yəni polisə səhv məlumatlar verildiyi məlum olub. Zərərçəkmiş şəxsin oğurluq və yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsinə görə məhkumluğu olub.

S.Hüseynov Maqa ləqəbli əvvəllər məhkum olunmuş bir adamla mübahisə edib. Hazırda Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları tərəfindən sonuncunun axtarışı aparılır.

Qeyd edək ki, bıçaqlanma məişət zəminində münasibətlərin aydınlaşdırılması zamanı baş verib.

Daha bir bıçaqlanma hadisəsi saat 16:55-də Naxçıvanski küçəsində baş verib. 1983-cü il təvəllüdlü Abdullayev Malik Qalib oğlu sinəsindən bıçaq yarası alıb və ağır vəziyyətdə Su-tikinti Şəhər Xəstəxanasına çatdırılıb.

M.Abdullayevi kimin yaraladığı məlum deyil. Xəstənin vəziyyəti ağır olduğu üçün polis əməkdaşları onu dindirə bilməyiblər.

Faktlarla bağlı istintaq davam edir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az