12 Yan 2021
16:00
![]() |
12
Yan 16:00
![]() Bakıda itkin düşən 15 yaşlı yeniyetmə tapıldı - YENİLƏNİB + FOTO Bakıda itkin düşən 15 yaşlı Elvin Məmmədov tapılıb. O bildirib ki, oğlu paytaxtın Sabunçu rayonu ərazisində tapılıb: “Elvini Sabunçuda vətəndaşlardan biri tapıb. Bilmirəm kim tapıb, amma Allah ondan razı olsun. Uşağı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verib. Bizə bölmədən zəng etdilər, getdik, Elvini götürdük. Hazırda Elvin evdədir, heç bir narahatlığı yoxdur. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirik”. *** Bakıda 15 yaşlı oğlan itkin düşüb. Bu barədə Oxu.Az-a onun atası Məmmədov Elçin məlumat verib. O bildirib ki, oğlu Elvin Məmmədov ötən gün günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. Sonuncu dəfə dünən “Qara Qarayev” metrostansiyasının yaxınlığında görülüb. Atasının sözlərinə görə, Elvin əqli qüsurludur və eşitmə problemi olduğundan qulağında eşitmə cihazı var. Evdən çıxanda üzərində qara gödəkcə, qara şalvar və qara rəngli ayaqqabı olub. Yaşadığı ünvanı belə ifadə edə bilmir, psixoloji problemləri var. Xahiş olunur, 15 yaşlı Elvini görən şəxslər 070 997 53 52 nömrəsi vasitəsilə məlumat versinlər.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
|