Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
01:30
3591

08
Iyul
01:30



Xarici vətəndaşlar İran birjasında neft ala bilərlər

İranın Birja və Qiymətli Kağızlar Təşkilatının əməkdaşlığı ilə İran neftini satın almaq üçün xarici vətəndaşların enerji birjasında iştirakına şərait yaradılıb.

XeberOxu.az-ın məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin Enerji Birjasındakı nümayəndəsi Əmir Hüseyn Tibyanian İRİB-ə açıqlamasında deyib.

Ə.Tibyanianın sözlərinə görə, xarici ölkələrin fiziki vətəndaşları İranın enerji birjasında xam neftin alqı-satqısında iştirak etməyə maraqlı olduqlarını bildirmişdilər.

Bundan öncə xarici ölkələrin hüquqi şəxslərinin İranın enerji birjasında iştirakına şərait yaradıldığını deyən şirkət rəsmisi bildirib ki, bundan sonra İranla ikitərəfli əlaqələri olan bütün ölkələrin fiziki vətəndaşları da enerji birjasında neft alqı-satqılarında müştəri kimi iştirak edə bilərlər.

“Bütün proseslər, o cümlədən yerli müştərilər üçün nəzərdə tutulan müştərilərin adının gizli qalması, xarici ölkə vətəndaşları üçün də nəzərdə tutulacaq” –deyə o qeyd edib.

Tibyanian əlavə edib ki, xarici ölkələrin hüquqi və fiziki şəxsləri birja kodu və xarici ölkə vətəndaşı olmaq kodu ilə alqı-satqıda iştirak edə bilərlər.

Şirkət rəsmisi deyib ki, İranın neft nazirinin göstərişinə əsasən, hər iki həftədə bir dəfə yüngül və ağır xam neft və qaz kondensatları enerji birjasında satışa çıxarılır.

Qeyd edək ki, İran 28 oktyabr 2018-ci ildən başlayaraq enerji birjasında xam neft və qaz kondensatlarını satışa çıxarıb. İndiyədək 1,085 milyon barel xam neft enerji birjasında satılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az