Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
07:30
1083

14
Avq
07:30




Hyundai-dan bir İLK

Bu gün Hyundai şirkəti üçüncü nəsil i10 hetçbekinin ilk tizerini dərc edib.

XeberOxu.az xəbər verir ki,  avropa bazarında satılan hetçbekin növbəti nəslinin prototipləri artıq dəfələrlərə fotocəsuslar tərəfindən ümumi istifadə yollarında yaxalanıblar. Yeni Hyundai i10 hetçbeki sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda debüt edəcəkdir.

Tizerdən də göründüyü kimi, Hyundai i10 modelinin üçüncü nəsli tamamilə yeni eksteryer dizaynına malik olub və sələfi ilə heç bir oxşar nöqtələri yoxdur. Yeni hetçbekin ən nəzərə çarpan elementləri yan tərəflərində yumru formalı gündüz hərəkət işıqları yerləşdirilmiş radiator barmaqlığı, üçbucaqlı hava girişləri olan ön bamper, ön və arxa qanadlara güclü formalar bəxş edən çıxıntılardır. Tizerdəki avtomobilin çox aqressiv dizayna malik olmasına baxmayaraq, seriya modellərində bu aqressivlik o qədər də qabarıq olmayacaqdır. Bunu avtomobilin kamuflyajlı prototiplər nümayiş etdirir. Çox güman ki, aqressiv kuzov dəstinə malik olan hetçbek gələcəkdə N bölümü tərəfindən hazırlansın. Üçüncü nəsil Hyundai i10 modelinin texniki hissəsi barədə məlumat verilməyib. Avtomobilin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi, smartfonların naqilsiz doldurulması sistemi və arxa görüntü kamerası ilə təchiz ediləcəyi söylənilir. Bundan başqa, hetçbek tərkibinə zolaqda saxlama funksiyası, öndən qəzaları xəbərdar edən sistem və avtomatik uzaq işıqları daxil olan çoxsaylı elektron yardımçılara da malik olacaq.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az