CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
08:30
1344

14
Avq
08:30



“Apple” şirkəti iPhone batareyalarının fərdi dəyişdirilməsini qadağan edir

Apple şirkətinin iPhone modellərinin təmirinə yönəlik siyasəti istifadəçilər tərəfindən dəfələrlə tənqid atəşinə tutulub. Buna baxmayaraq Apple şirkəti istifadəçilərdən iPhone modellərinin təmiri üçün rəsmi Apple servis mərkəzlərinə müraciət etməyi tələb edir. iPhone modellərinin təmiri məsələsində yeni mövzu kimi batareyalar çıxış edib. Belə ki, iPhone batareyasının fərdi şəkildə dəyişdirilməsi heç də xoş olmayan sürprizi verə bilər. Belə ki, məşhur iFixit saytı iPhone modelinin batareyasının fərdi şəkildə dəyişdirilməsi zamanı batareyanın bloklanması problemini aşkar edib.

    Bu sayt müxtəlif smartfon modellərinin hissələrə ayrılıb incələnməsi ilə məşhurdur. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə iFixit saytının məlumatına əsasən unikal autentifiksiya açarına sahib Texas Instrumentsadlı yoxlayıcı sistemə sahib olmayan iPhone batareyaları bloklanır. Batareyaları bloklanmış smartfonlarda isə şarj dövrünün sayı, batareyanın maksimal həcmi və onun maksimal performans göstəricisi kimi məlumatlar əks olunmur. Bunun yerinə ayarlardakı batareya bölməsində iPhone modelinin rəsmi Apple xidmət mərkəzində təmir olunmasının lazım olduğu barəsində bildiriş əks olunur.

    Məlumata əsasən bu cür hal iOS 12 və ya iOS 13-ün beta versiyasında çalışan iPhone XS, XS Max və XRmodellərində ortaya çıxır. Digər iPhone modelindən batareyanın götürülüb yerəşdirilməsi də vəziyyəti dəyişmir. Çünki iPhone-nun təmiri yalnız rəsmi Apple xidmət mərkəzlərində olan xüsusi avadanlıq vasitəsilə reallaşdırılmalıdır. Mütəxəssislərin sözlərinə əsasən Apple şirkəti batareyaların seriya nömrələrini hələ istehsalat zamanı inteqrasiya edir. Bu cür problemlə qarşılaşmamaq üçün isə iPhone təmiri məsələsində mütləq rəsmi Apple xidmət mərkəzinə müraciət etmək lazımdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Elektronika xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az