Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
10:22
1881

15
Avq
10:22



Cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər - Bu günün havası

Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Çimərliklərdə mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Rayonlarda avqustun 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Avqustun 15-16- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az