CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
23:36
993

16
Avq
23:36



Ağrı hiss etməyə cavabdeh olan naməlum orqan aşkar edilib

İsveçin Karolina İnstitutunun alimləri aşkar ediblər ki, sinir toxumasının köməkçi hüceyrələri olan şvan hüceyrələri kəskin alətlərin təsirinə, təzyiq və yanmaya reaksiya verən orqanı təşkil edirlər.

Bu haqda Science Alert nəşri məlumat verir.

Sınaqlar nəticəsində tədqiqatçılar geni dəyişilmiş siçanlar yaradıblar. Onlarda epidermis altında torlu strukturun tərkibində olan şvan hüceyrələri işıqla aktivləşdirilə bilər. İşıq stimuluyla təsir etdikdə, heyvanlar ağrı əlamətlərini bildirirlər, həmçinin pəncələrini dartır və ya özlərini həddindən artıq çox yalayırlar. Bu, sinir uclarının və ya başqa növ şvan hüceyrələrinin stimulyasiyası zamanı baş verməyib.

Şvan hüceyrələrinin fəaliyyəti bloklaşdırıldıqda, siçanlar istilik yox, mexaniki təsirə qarşı aşağı həssaslıq nümayiş etdirirlər.

Alimlərin sözlərinə görə, insanlarda şvan hüceyrələrindən ibarət torun mövcudluğu təsdiqlənməsə də, çox güman ki, belə bir orqan var. Bu halda tədqiqatın nəticələri xroniki ağrının müalicəsinin yeni metodlarını hazırlamağa yardım edə bilər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Məmmədyarov həmsədrlərlə görüşdü







Bakıda xanım sürücü qəza törədib


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az