Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
01:30
693

17
Avq
01:30



Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Rio-de-Janeyroda konsert proqramı təşkil edilib

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Rio-de-Janeyro şəhərinin məşhur bələdiyyə teatrında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib.

Səfirlikdən XeberOxu.Az-a bildiriblər ki, konsertdə dirijor Yalçın Adıgözəlovun rəhbərliyi və soprano Selcan Nəsiblinin iştirakı ilə Braziliya simfonik orkestrinin ifasında Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Nəsimi haqqında nağıl”, Qara Qarayevin “Don Kixot”, Mauris Ravelin “Şəhrizad” və Klod Debüssinin əsərləri ifa edilib.

Bakı ilə qardaşlaşmış şəhər olan Rio-de-Janeyroda Yalçın Adıgözəlovun dirijorluğu ilə üçüncü dəfə təşkil edilən konsertdə çoxsaylı tamaşaçılar, o cümlədən şəhərin və ştatın rəsmiləri, o cümlədən şəhər meriyasının nümayəndələri, Rio-de-Janeyro Federal Universitetinin tələbə və professor heyəti, eləcə də Braziliya Milli Konqresinin üzvləri iştirak ediblər.

Tədbir yerli auditoriyanın böyük marağına səbəb olub və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Konsert yerli mətbuatda geniş işıqlandırılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az