Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
03:48
1188

17
Avq
03:48



Beynəlxalq Muğam Mərkəzində Hindistanın folklor rəqsləri gecəsi keçirilib

Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqillik günü münasibətilə bu ölkənin rəqslərindən ibarət musiqili gecə təşkil edilib.

XeberOxu.az xəbər verir ki,  Hindistanın “Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbirdə hind rəqsləri təqdim olunub.

Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirilib.

Tədbirdə bildirilib ki, Hindistanın hər bir ştatının müxtəlif mədəniyyəti var və təqdim olunan rəqslər bu ölkənin Assam vilayətinə məxsusdur. Həmin vilayətdə keçirilən “Bihu” festivalını kənd təsərrüfatında çalışan insanlar məhsul yığımından sonra milli yeməklərlə qeyd edirlər.

Sonra bədii hissə başlayıb. Zərb alətləri, şeypur və fleytanın müşayiəti ilə rəngarəng musiqi nömrələri ifa olunub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyət istiqamətində konsert və elmi-tədqiqat müəssisəsi olaraq birbaşa muğam və xalq musiqisi nümunələrinin, folklor musiqisinin, dünya klassiklərinin və müasir bəstəkarların əsərləri ilə yanaşı, dünya xalqlarının milli rəqslərini də təbliğ edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində səfirliklərlə layihələr reallaşdırılır ki, keçirilən tədbirlərdə milli-etnik mədəniyyət nümunələri təbliğ edilir. Bu günə kimi BMM-in “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycanın muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni zamanda, BMM–in təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya və Gürcüstana Azərbaycan musiqiçilərinin səfərləri təşkil edilib.

Hindistan rəqs qrupunun Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışı folklor nümunələrimizin qarşılıqlı tanıdılması məqsədi daşıyır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az