Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
11:33
765

17
Avq
11:33




CITEC Konfransında nadir flora və fauna növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi məsələləri müzakirə ediləcək

Nəsli və kökü kəsilmək üzrə olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya iştirakçılarının avqustun 17-də Cenevrədə start götürəcək konfransında bu və bir çox və digər nadir heyvan və bitki növlərinin mühafizəsi məsələləri müzakirə ediləcək.

XeberOxu.az BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, konfrans iştirakçıları nadir bitki, heyvan və balıq növlərinin beynəlxalq ticarətinin tənzimlənməsinə dair 56 yeni təklif nəzərdən keçirəcəklər.

Braziliya, Avropa İttifaqı və Filippin kəpənəklərin müəyyən növlərinin nəslinin sürətlə kəsilməsi barədə məlumat verərək, onları xüsusi mühafizə olunan fauna növləri siyahısına daxil etməyə çağırıblar. Tacikistanın hakimiyyət orqanları burma buynuzlu keçini ticarəti tamamilə qadağan edilmiş heyvanlar kateqoriyasından ticarətinə nəzarət olunan heyvanlar qrupuna daxil edilməsi təklifini verib. Bu təklif ekoloqların belə bir rəyi əsasında irəli sürülüb ki, Tacikistan burma buynuzlu keçinin populyasiyasını tam bərpa etməyə müvəffəq olub. ABŞ və Monqolustan isə əksinə, tatar sayqakının nəslinin kəsilməsi ilə bağlı həyəcan təbili çalaraq, onu üzərində sərt nəzarət olan heyvanlar siyahısına əlavə olunmasını xahiş ediblər.

CITEC-in vəzifələrinə dayanıqlı biomüxtəlifliyin təmin edilməsi və bu müxtəlifliyin çox vaxt “nəsli və kökü kəsilmənin altıncı böhranı” adlandırılan sürətli itirilməsinə qarşı mübarizə daxildir.

Bir sıra ölkələr, o cümlədən Avropa İttifaqı ölkələri, Hindistan və Ukrayna akulaquyruq balığın nəzarətə götürülməsi xahişi ilə CITEC-ə müraciət ediblər. Mərkəzi Afrika Respublikası, Çad, Keniya, Mali, Niger və Seneqal zürafənin CITEC siyahısına daxil edilməsini istəyirlər.

Heyvan və bitki növlərinin çoxu hazırda əvvəlkindən daha sürətlə yoxa çıxmaq üzrədir. Bu, əsasən, su resurslarının çirklənməsinə və tükənməsinə, ətraf mühitin dəyişməsinə və pisləşməsinə, habelə iqlim dəyişmələrinə gətirib çıxaran insan fəaliyyəti ilə bağlıdır.

1973-ci il martın 3-də nadir flora və fauna növlərinin beynəlxalq ticarətini tənzimləyən Konvensiya - CITEC qəbul edilib. Hazırda 5600-dən çox heyvan və 30 mindən çox bitki beynəlxalq səviyyədə mühafizə olunur.

CITEC siyahısına daxil edilən hər hansı vəhşi heyvan və yabanı bitki növünün beynəlxalq miqyasda ticarəti dərhal nəzarətə götürülür.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az