Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Avq
2019
02:00
921

18
Avq
02:00




Audi e-tron modelinin baza variantı təqdim edilib

Audi şirkəti e-tron modelinin yeni versiyasını təqdim edib. Yeni model satışda olandan mühərriklərin gücü, batareyanın tutumu və yürüş ehtiyatı ilə seçilir. İki elektrokarın parametrlərini müqayisə etsək, yeni modifikasiyanın e-tron modelinin baza versiyası olduğunu söyləmək olar. Əlbəttə ki, yeni modifikasiya daha sərfəli qiymətə satılacaqdır.

XeberOxu.az autograph.az-a istinadən bildirir ki, yeni elektrokar Audi e-tron 50 quattro adlanır. Bildiyimiz kimi, hazırda satılan elektrokar isə, Audi e-tron 55 quattro indeksini daşıyır.  Beləliklə, e-tron 50 quattro modeli 71 kVt/saatlıq batareya ilə təchiz edilir və müvafiq olaraq 300 km yürüş ehtiyatına sahibdir.  55 indeksli versiyada bu göstəricilər, müvafiq olaraq, 95 kVt/saat və 400 km-dir. Yükləmə qurğusunun imkanları da aşağı salınıb - elektrokar 150 kVt əvəzinə 120 kVt yükləməni dəstəkləyir.

Bildiyimiz kimi, Audi e-tron 55 quattro modelinin ikimühərrikli güc qurğusu 408 at qüvvəsi və 664 Nm fırlanma anı hasil edir. "Büdcə" versiyası isə, 312 at qüvvəsinə və 540 Nm-ə sahibdir. Audi e-tron 50 quattro 100 km/saat həddinə 7,0 saniyəyə sürətlənir və 190 km/saat maksimal sürət həddinə malikdir. Daha güclü elektrokarda bu göstəricilər 5,7 saniyə və 200 km/saat (elektronika tərəfindən məhdudlaşdırılır) təşkil edir.

Audi e-tron 50 quattro modelinin satışlarına bu ilin sonunda start veriləcəkdir. Elektromobilin təchizat səviyyəsi və qiyməti barədə məlumat verilməyib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az