CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Avq
2019
16:09
738

19
Avq
16:09



Şairələrimizin əsərləri fin dilində nəşr edilib

Azərbaycanlı şairələrin əsərlərinin antologiyası Finlandiyanın “Palladium kiryat” nəşriyyatında çap olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən  XeberOxu.Az-a bildirilib ki, kitab XII əsrdən müasir dövrümüzə qədər olan müddəti əhatə edir. Buraya klassiklərimiz Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim Ağadan tutmuş sovet dönəminin şairələri Nigar Rəfibəyli, Mirvarid Dilbazi və digərlərinin əsərləri daxildir. Müasir Azərbaycan lirikasını filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva təmsil edib. Məcmuəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri tamamlayıb. Onun “Gedim, azca ağlayım” şeirindən olan sətir kitabın başlığı üçün seçilib.

Antologiyanın təqdimat mərasiminin payızda Bakı və Helsinkidə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihəni soydaşımız Tahirə Cəfərova həyata keçirib. O, ilk dəfə deyil ki, fin xalqını ədəbiyyatımızla tanış edir. Bu, onun ikinci böyük işidir. 2016-cı ildə onun tərcüməsi əsasında Azərbaycan poeziyasının “Mən balıq qulağında gizli mirvariyəm” antologiyası nəşr olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az