Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
08:08
867

20
Avq
08:08




Təyyarəni drona çevirən sistemin sınaqları keçirilib

ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası yüngül təyyarələri pilotsuz uçan aparatlara çevirməyə imkan verən “ROBOpilot” sisteminin ilk uçuş sınaqlarını keçirib.

Finshitecn.newsru.com saytının məlumatına görə, tez sökülən sistem pilot kabinasında oturacaqlar üçün bərkidicilərə quraşdırılır. O, idarəetmə orqanları, o cümlədən təyyarə şturvalına qoşulan çoxlu aktuator qurğularından ibarətdir. Cihaz göstəricilərinin oxunması üçün sistem kompüter görmə qabiliyyətinə malik bir neçə kameradan istifadə edir. Onun tərkibinə, həmçinin GPS qəbuledicisi və inersial ölçmə bloku daxildir. Sistem barədə ətraflı məlumat verilməsə də, mütəxəssislərin sözlərinə görə, “ROBOpilot” təyyarənin avtonom qalxma, uçma və enməsini təmin edir.

Bildirilir ki, “Cessna 206” yüngül təyyarəsində quraşdırılan sistemin sınaqları avqustun əvvəlində Yuta ştatında baş tutub. Təyyarə havada ümumilikdə 2 saat qaldıqdan sonra eniş edib.

Qeyd edək ki, ABŞ-da, həmçinin vertolyotların pilotsuz uçan aparatlara çevrilməsi üçün onların “ROBOpilot” sisteminin analoqları ilə təchiz edilməsi təklif olunur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az