Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
00:03
642

21
Avq
00:03



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub -FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun layihələri çərçivəsində paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb.

Heydər Əliyev Fondu ötən müddət ərzində səhiyyə və sosial sahələrdə bir sıra layihələr həyata keçirib. Bu layihələr sırasında “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək və digər səhiyyə və sosial proqramları qeyd etmək olar.

XeberOxu.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq məqsədilə növbəti dəfə paytaxtdakı Talassemiya Mərkəzində olub. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin əsas məqsədi ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin edilməsidir.

Daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif şöbələrdə müalicə alan uşaqlara baş çəkildi, balacaların tezliklə sağalması arzuları ifadə olundu. Qeyd edildi ki, hazırda xəstəxananın uşaq-cərrahiyyə korpusunda 40-a yaxın uşaq müalicə alır.

Tibb müəssisələrində müalicə olunan uşaqlarla növbəti görüş Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında baş tutdu. Uşaqların müalicəsinin gedişi ilə maraqlanan Leyla Əliyeva Fondun səhiyyə və sosial sahələrlə bağlı məsələləri daim diqqətdə saxladığını bildirdi.

Balacalara, həmçinin müxtəlif hədiyyələr təqdim edildi.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az