Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
09:00
1479

21
Avq
09:00




Xeyirxah insanın 4 nişanəsi

Xeyirxahlığın əksi - həsəd və kindir. Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında məqama malik olan insan o kəsdir ki, xeyirxahlıq yolunda xəlq üçün hamıdan daha çox addım atar". (Tebyan)

İslam dini xeyirxahlığa xüsusi əhəmiyyət verir. Müsəlmanları ən xeyirxah insan adlandırır. "Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz". ("Ali-imran" 110).

XeberOxu.az-ın.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ən yaxşı insan - insanlar üçün daha faydalı olanıdır".

İmam Səccad (ə) buyurur: "Başqaları üçün xeyir addım at, əgər o, onun əhli olsa, sən həqiqətə çatarsan. Əgər o, onun əhli deyilsə və ona layiqli deyilsə, sən ona layiq olarsan".

Əgər hər birimiz başqasının xeyirxahlığını istəsək, ona çatan xeyirdə biz də şərik olarıq. Yəni, savabında şərik olarıq. Hədislərimiz buyurur ki, hər kim yaxşı işlərdə salehlərin dərəcəsinə çatmazsa, lakin onları sevərsə, Qiyamət günü onlarla məşhur olar. "İnsan o kəslə məşhur olar ki, onu sevir".

Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız, gərək qardaşınızın da xeyirxahı olasınız".

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "O kəs ki, din qardaşı onunla məsləhətləşər, öz ağlına görə hər nə xalis xeyirxahlıqdırsa ona deməzsə, Allah Təala ona verdiyi ağıl və rəyi ondan geri alar".

Xeyirxah insanın özünəməxsus nişanələri vardır. Həzrət Peyğəmbər (s) buyurur: "Xeyirxah insanın nişanəsi 4 şeydir: haqla hökm verər, özündən çox başqalarına haqq verər, insanlar üçün onu istəyər ki, özü üçün istəyir, heç kəsin (haqqına) əl uzatmaz".

Allah Təala bizləri xeyirxahlardan qərar versin.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az