Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
12:25
477

21
Avq
12:25



İtaliyanın avtomobil idmanı bu il iki dəyirmi tarixi qeyd edir

İtaliyanın avtomobil idmanı bu il iki dəyirmi tarixi qeyd edir: “Scuderia Ferrari”nin yaradılmasının 90 illiyini və Montsada İtaliya Qran-prisinin 90 illiyini.

XeberOxu.az xəbər verir ki, bununla əlaqədar olaraq, “Ferrari” və İtaliyanın ACI avtomobil klubu sentyabrın 4-də Milanda bu yubileylərə həsr olunmuş sərginin təşkil olunacağını elan ediblər.

Milanın əsas meydanında - Piazza Duomoda müxtəlif dövrlərə aid yürüş və yol maşınlarının sərgisi təşkil ediləcək. Bu avtomobillərin bir hissəsi paradda iştirak edəcək. Təşkilatçılar vəd edirlər ki, tamaşaçılar Entso Ferrarinin komandasına ilk qələbəni qazandıran pilotun - Tatsio Nuvolarinin “Alfa Romeo 8c” avtomobilini görəcəklər. Bundan əlavə, meydanda Ferrarinin “Alfa Romeo” ilə əməkdaşlığı dayandırandan sonra yaratdığı ilk maşın -1940-cı ilin buraxılışı olan “Auto Avio Costruzioni” nümayiş etdiriləcək.

Eksponatlar arasında Niki Laudanın “Ferrari 312T”, Mixail Şumaxerin "Ferrari F2002”, bu il Le-Manedə qalib gəlmiş "Ferrari 488 GTE” və italyan şirkətinə məxsus olan digər bahalı maşınlar var.

Tədbirdə “Ferrari” Gənclər Akademiyasının pilotları – Mik Şumaxer, Kallum İlott, Culiano Alezi, Robert Şvartsman və Markus Armstronq da iştirak edəcəklər. Formula 1 komandasını Mattia Binotto, Sebastyan Fettel və Şarl Lekler təmsil edəcəklər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az