Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
16:56
498

21
Avq
16:56




“Azərtütün ASK” tərəfindən tədarük edilən yaşıl tütünün alış qiyməti artırılıb

“Azərtütün ASK” MMC tərəfindən tədarük edilən yaşıl tütünün alış qiymətinin artırılması haqqında məlumat yayıb.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən XeberOxu.Az-a bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün ASK” MMC tərəfindən 2019-cu ilin mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 ha sahədə “virciniya botaniki” növündən olan yaşıl tütünün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) ilə müqavilələr bağlanıb.

Müqavilə şərlətinə görə, tədarük edilən 1 kq yaşıl tütün məhsulu üzrə 1-ci sort tütün - 0.25 AZN/kg, 2-ci sort – 0.17 AZN və 3-cü sort – 0.10 AZN nəzərdə tutulub. Bununla yanaşı, fermerlərin dəstəklənməsi üçün “Azərtütün ASK” MMC tütün istehsalçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bütün istiqamətlər üzrə mümkün olan dəstək tədbirləri təmin edilir. Belə ki, fermerlərin toxum və gübrə tələbatı təmin edilib, “ASK” ASC-nin zəmanəti ilə hər hektar üçün 1700 AZN olmaqla 181 fermerə kredit xətləri açılıb, aqrotexniki tədbirlərin görülməsinə Cəmiyyətin mövcud texniki resursları cəlb edilib, mütəxəssislər tərəfindən tütünün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə təlimlər keçirilib, yerindəcə lazımi metodiki məsləhətlər verilib, həmçinin tütünün müasir tələblərə uyğun becərilməsinə dair təlimatlar hazırlanaraq onlara təqdim edilib.

Keçirilən görüşlər zamanı məhsul istehsalı ilə əlaqədar fermerlərə verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılması, xüsusi ilə də yaşıl tütünün alış qiymətinin artırılması xahiş olunub.

Qeyd olunanları nəzərə alaraq, 2019-cu ilin istehsal mövsümündə keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədi ilə “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaşıl tütünün tədarük qiymətlərinin müvafiq olaraq 1-ci sort – 1kq – 0.27 AZN; 2-ci sort - 1kq - 0.18 AZNhəddində müəyyən edilməsi məqsədəuyğun hesab edilib. Yaşıl tütünün alış qiymətlərinin artırılmasına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müsbət rəy bildirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az