Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
04:00
309

22
Avq
04:00




Şəhid pilotun anım mərasimi keçirilib
Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid mayor Təbriz Musazadənin anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Müdafiə Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərə dövlət qayğısından, şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhid pilotun həyat yoldaşı Pərvaz Musazadə şəhidlərə və şəhid ailələrinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Sonda “Onlar unudulmur” kitabının, Azadə Taleh Abbasqızının şəhid pilota həsr etdiyi “Vətənimin qürur yeri, Vətənimin şəhid oğlu” kitabının və ssenarisi əsasında hazırlanmış sənədli filmin təqdimatı olub.Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az