Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
08:30
267

22
Avq
08:30




Bekhem 50 milyon dollar cərimələnə bilər

Çirklənmiş ərazidə stadion tikmək istəyən Devid Bekhem 50 milyon dollar cərimə cəzası ilə üzləşib.

Dünyaşöhrətli məşhur futbolçu Devid Bekhem şərikləri - "Mayami Bekham United"in təsisçiləri ilə birgə "İnter Mayami" adlı futbol klubu açmağı və 2021-ci ilədək onun üçün ayrıca stadion tikməyi planlaşdırır.

Futbolçu ailəsi üçün Mayamidə mənzil almaq niyyətindədir. Çünki Devid və onun həyat yoldaşı Viltoriya Bekhem tezliklə iki ölkədə yaşamalı olacaqlar. Lakin onların bu planları baş tutmaya da bilər. 

"The Telegraph" nəşrinin yaydığı xəbərə görə, inşaat üçün nəzərdə tutulan torpağın analizi arsenlə çirklənmə dərəcəsinin iki dəfədən çox artdığını göstərib. Eyni zamanda uzun illər ərazidəki təhlükəli tullantılar sobada yandırılıb. Mayaminin hər yerindən bura tullantılar gətirilirmiş.

 

Zibillik 50 ildi təmizlənib, bu müddət ərzində ərazidən qolf meydançası kimi istifadə olunub. Bununla belə, hazırda mütəxəssislər torpağın 15 santimentr dərinliyində dəmir, şüşə və plastik də daxil olmaqla zibil qalıqlarını aşkar ediblər. Bundan əlavə, gələcək stadionun yaxınlığında ağır metalların - bariy və qurğuşun səviyyəsinin artıq olduğunu təyin ediblər. Bir sözlə, bu ərazidə hər hansı yenidənqurma işlərinin aparılmasının olduqca təhlükəli olduğuna dair məlumatlar var. 

Şəhər rəhbərliyi əlavə araşdırma aparmaq niyyətindədir. Nəticələr təsdiqlənərsə, D.Bekhem stadionu tikməzdən öncə ərazini təmizləməlidir. Bu isə ona nə az-nə çox təqribən 50 milyon dollara başa gələcək. Stadionun özü isə 1 milyard dollara başa gələ bilər.

Xatırladaq ki, Bekhem 2007-ci ildə Mayamidə klub yaratmaq üçün franşiza alıb. Klub gələn ildən çempionatlarda çıxış etməyə başlamalıdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az