Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
13:12
345

22
Avq
13:12




İsmayıllı Peşə Tədris Mərkəzində təlim təşkil olunub

Bu gün İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində alman ekspert tərəfindən “Qarğıdalı əkininin müasir istehsalat texnologiyaları, qarğıdalının növləri ilə tanışlıq” mövzusunda təlimə start verilib.

XeberOxu.az xəbər verir ki,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) eksperti Fərrux Nəcəfov AZƏRTAC-a bildirib ki, təlimin məqsədi pilot peşə mərkəzlərinin mühəndis-pedaqoji heyətini kənd təsərrüfatı sahəsində ən yeni təcrübə, texnika və metodlarla tanış etmək əsasında onların bilik və bacarıqlarını gücləndirməkdir.

İki gün davam edəcək təlim nəzəri və praktik hissədən ibarət olacaq. Nəzəri hissədə əhatə olunan məzmun ED VET layihəsi çərçivəsində pilot peşə məktəbləri ilə müəssisələr arasında razılaşmaya əsasən müəssislərin ərazilərində salınmış 3 nümayiş sahəsində (“Gilan Diary Farms” MMC, “Gilan Qəbələ Aqrotexservis” MMC və “Park Agro” MMC) əyani olaraq iştirakçılara çatdırılacaq.

Təlimdə İsmayıllı Peşə Tədris Mərkəzinin, Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin, Qax Peşə Liseyinin mühəndis-pedaqoji heyəti ilə yanaşı, pilot ixtisaslardan seçilmiş 15 qabaqcıl tələbə də iştirak edəcək.

Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az