Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
13:14
309

22
Avq
13:14




Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək

Uzun müddətdir NASA-da təlim keçən və kosmosa uçacaq ilk pakistanlı olacaq xanım Namirə Səlim bildirib ki, kosmos diplomatiyası dünyaya sülh gətirəcək.

XeberOxu.az xəbər verir ki, AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, pakistanlı astronavt bunun səbəbini belə izah edib: “Mən dünya vətəndaşıyam, eyni zamanda özümü ulduzlarda yaşayan insan kimi hiss edirəm. Kosmosda müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar Yer kürəsinə baxaraq anlayırlar ki, planetimiz hamının ortaq vətənidir və onun üzərində sülh və əmin-amanlıq şəraitində yaşamaq mümkündür. Oradan baxanda görürsən ki, bütün sərhədlər götürülüb”.

Kosmosa uçacaq ilk pakistanlı olacağını qeyd edən Namirə Səlim qeyd edib ki, tezliklə kosmik turizmin də başlanacağı yeni dövrdə insanlar sülhün və planetimizin qorunmasının zəruriliyini daha yaxşı anlayacaq. NASA-da təlimdən əvvəl Şimal və Cənub qütblərində ekspedisiyalarda da iştirak etmiş astronavt xanım Everest dağının zirvəsinə də qalxıb. “İndi növbədə ulduzlardır. Uşaqlıq illərində həmişə onlara toxunmaq, Aya uçmaq istəmişəm” deyən Namirə, britaniyalı maqnat Riçard Brensonun ilk kommersiya kosmik layneri - “Virgin Galactic”də kosmosa uçacağı günü gözləyir. O əlavə edib: “yaşadığımız dünyada siyasətçilər, cinayətkarlıq və sosial media insanların həyat ritmini pozub və dünyanı fəlakətli bir yerə çevirib. Düşünürəm ki, gələcəkdə insanların kütləvi şəkildə kosmosa səyahət etməsi daha xoşbəxt bir həyatın əsasını qoya bilər. Bizim övladlarımız daha rahat və əmin-aman dünyada yaşaya bilərlər”. Namirə ümid edir ki, onun nəvələri kosmosda konsertlərin, cərrahiyyə əməliyyatlarının, konfransların keçirilməsini görə biləcəklər.

“Space Trust” qeyri-hökumət təşkilatının üzvü olan və 2011-ci ildə Pakistan hökumətinin “Tamğa-e-İmtiaz” mükafatına layiq görülən Namirə Səlim NASA-da təlim keçdiyi vaxt “”Məni Aya qədər izlə” mahnısını da bəstələyib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az