Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
14:08
297

22
Avq
14:08




İğtişaşlarla bağlı İndoneziyanın şərqinə əlavə qüvvələr göndərilib

İndoneziyanın hakimiyyət orqanları ölkənin şərqindəki iki əyalətdə baş verən kütləvi iğtişaşlarla bağlı həmin əraziyə mindən artıq polis və hərbçi göndərib.

XeberOxu.az xəbər verir ki, bu barədə avqustun 22-də “The Jakarta Post” qəzeti məlumat yayıb. Qəzet hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinə istinadla bildirir ki, yaxın vaxtlarda Papua və Qərbi Papua əyalətlərinə xüsusi təyinatlıların əlavə beş bölməsinin göndərilməsi nəzərdə tutulur.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları və etirazçılar arasında xəsarət alanların olduğu bildirilsə də, həlak olanlar barədə məlumat daxil olmayıb. Bu ərəfədə Qərbi Papua əyalətində etirazçılar bazarın yaxınlığında iğtişaşlar törədərək buradakı çadırları yandırıblar. Yerli administrasiyanın binasına daxil olmaq üçün polisi daşa basıblar. Nəticədə hüquq mühafizə orqanlarının əməkdaşları xüsusi vasitələrdən, o cümlədən gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.

Milli hüquq-mühafizə orqanı əməkdaşının bildirdiyinə görə, polisə döyüş patronları verilməyib. Kommunikasiyalar və İnformasiya Nazirliyi şayiələrin və yalan məlumatın qarşısını almaq üçün internetə, həmçinin sosial şəbəkələrə girişə məhdudiyyət tətbiq edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az