22 Avq 2019
15:45
![]() |
22
Avq 15:45
![]() Moskvada “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək Moskva vilayətində üçüncü “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək. XeberOxu.az xəbər verir ki, tədbirdə tələbələrin, gənclərin və ictimai təşkilatların, etnomədəni dərnəklərin rəhbərlərinin iştirakı nəzərdə tutulub. Üçüncü dəfə təşkil olunacaq bu tədbir oktyabrın 16-dan 21-dək Moskva vilayətində baş tutacaq. Tədbir iştirakçıları siyasətçilər, ictimai xadimlər, sənətçilər, musiqiçilər, yazıçılarla görüşərək uğur hekayələrini bölüşmək imkanı əldə edəcəklər. Həmçinin master-klaslar təşkil ediləcək, iştirakçılar doğma dillərində mahnı oxuyacaq, milli rəqsləri nümayiş etdirəcəklər. Düşərgə böyük konsert və ən yaxşı qısametrajlı filmlərin müəlliflərinin mükafatlandırılması ilə başa çatacaq. Xatırladaq ki, ötən il Moskva vilayətində təşkil olunan tədbirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Özbəkistandan tələbələr, gənclər, ictimai təşkilatların, etnomədəni birliklərin rəhbərləri də daxil olmaqla 150-dən çox gənc iştirak edib.
Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO
Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video
|