Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Avq
2019
22:10
279

22
Avq
22:10




“Sığortalı gələcək” adlı təşviqat proqramına start verilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Könüllülük Məktəbi” çərçivəsində “Sığortalı gələcək” adlı təşviqat proqramı hazırlanıb. Proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərəcək könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından XeberOxu.Az-a bildirilib ki, 21 avqust 2019-cu il tarixində adıçəkilən layihənin açılış mərasimi baş tutub. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov könüllülərlə tanış olub. Müasir dövrdə sığorta sektorunun qlobal maliyyə bazarlarında önəmli yer tutmasını qeyd edən İ.Alışov könüllülərə ölkəmizin sığorta bazarı barədə məlumat vermiş, layihənin əhəmiyyətini vurğulayaraq proqram iştirakçılarına uğurlar arzulamış və bu layihədə iştirakın onların gələcək peşəkar fəaliyyətləri istiqamətində uğurlu addım olduğunu bildirmişdir.

Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də bu layihə ilə bağlı öz fikirlərini bölüşüb, ASAN könüllülərinin ölkədə gedən icitmai-siyasi proseslərə daim dəstək olduğunu bildirib. C.Hacıyev sığorta sahəsi ilə bağlı əhalinin maarifləndirilməsində ASAN könüllülərinin rolunun önəmini vurğulayaraq onlara müvəffəqiyyətlər arzu edib.

Qeyd edək ki, proqramda iştirak etmək hüququ qazanmış könüllülər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil ediləcək 2 həftəlik təlim kursunda iştirak edəcək, sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcəklər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında müxtəlif sorğuların keçirilməsindən ibarət olacaqdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az