Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
01:00
354

23
Avq
01:00



“Kənddən Şəhərə” yarmarkası Yasamalda

Azərbayan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi “Kənddən Şəhərə” satış yarmarkası davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (225 saylı məktəbin qarşısı) yerləşən yarmarka 21-25 avqust tarixləri arasında gündəlik olaraq fəaliyyət göstərəcək.

Belə ki, vətəndaşlarımız mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.

Yarmarkada fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin edilib, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçirilir.

Məlumat üçün bildirək ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) keçirilən yarmarka isə şənbə və bazar günləri fəaliyyət göstərir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az