Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
04:30
468

23
Avq
04:30



Azərbaycandan olan gənc fəal BMT-nin sammitində iştirak üçün '"Yaşıl bilet" qazanıb

BMT, dünyanın müxtəlif ölkələrindən seçilmiş 100 gənc fəalın bu ilin sentyabrın 21-də Nyu Yorkda keçiriləcək İqlim üzrə BMT-nin Gənclər Sammitində iştirakı üçün dəstək alacağını bəyan edib.

XeberOxu.az-ın məlumatına görə, Azərbaycandan olan gənc fəal Nicat Eldarov 100 "Yaşıl Bilet" qazananlar sırasındadır.

"Yaşıl bilet" qalibləri BMT-nin ilk dəfə keçirəcəyi İqlim üzrə Gənclər Sammitində iştirak üçün seçilmiş iqlim sahəsində 500-dən çox gənc liderin sırasına qoşulacaq. Bu zirvə görüşü iqlim dəyişikliyinə qarşı mübarizə aparan gənc liderlərə öz həll yollarını qlobal səhnədə nümayiş etdirmək, eləcə də bu aktual və vacib problemlə bağlı qərar qəbul edənlərlə birbaşa əlaqə yaratmaq üçün bir platforma olacaq. Gənc liderlər İqlim üzrə Gənclər Sammitində aparılan müzakirələrin nəticələrini sentyabrın 23-də keçiriləcək İqlim üzrə Fəaliyyət Sammitində təqdim edəcəklər.

Dünyanın bütün regionlarını təmsil edən 100 "Yaşıl Bilet" qalibi, yaşı 18-dən 29-a kimi olan 7000-dən çox namizədin arasından iqlim böhranının həlli və inkişaf yolları sahəsindəki fəaliyyətlərinə görə seçilib. Qaliblər İqlim üzrə Gənclər Sammitində iştirak məqsədilə Nyu Yorka ekoloji cəhətdən ən az zərərli marşrutla səyahət edəcəklər.

BMT-nin baş katibi Antonio Quterreş "Yaşıl Bilet" qaliblərini video müraciət vasitəsilə təbrik edib: "Dünyanı hər bir yerində yaşayan gənclərə sammiti onlayn izləməyə və öz ölkələrində iqlim fəaliyyətinin müvəkkili olmağa səsləyirəm”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az