Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
08:02
249

23
Avq
08:02



Zaqatalalı məzunlardan 435 nəfəri tələbə adını qazanıb

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün də uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 686 nəfər zaqatalalı məzundan 435-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 56 nəfəri 500-600 bal arası, 16 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

XeberOxu.az xəbər verir ki, Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon təhsil şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul imtahanlarında Zaqatala şəhər 3 saylı tam orta məktəbin məzunu Fazil Səfərov 690 bal toplayaraq, rayon üzrə ən yüksək nəticəyə nail olub. O, Bakı Ali Neft Məktəbində təhsil alacaq. Ümumi təhsili qızıl medalla başa vuran Aşağı Tala kənd 1 saylı tam orta məktəbin məzunu Ramin Rəcəbli də 675 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Qəbul imtahanlarında 670 bal toplayan humanitar fənlər gimnaziyasının məzunu Cəmilə Qazıyeva isə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.

Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin məzunları ali məktəblərə builki qəbul imtahanlarında xüsusilə fərqləniblər. Belə ki, liseyi bitirmiş 37 məzundan 33-ü ali məktəblərə daxil olub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az