CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
02:53
225

23
Avq
02:53



İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib

“Fəridənin sorağında” sənədli filmi İran İslam Respublikasından “Ən yaxşı beynəlxalq film” nominasiyasında 92-ci “Oskar” mükafatına namizəd qismində seçilib. Bu nominasiya daha əvvəl “Ən yaxşı xarici film” adlanırdı.

XeberOxu.az xəbər verir ki,  AZƏRTAC “İslamosfera” saytına istinadla xəbər verir ki, rejissorları Azadə Musəvi və Kuroş Atai olan “Fəridənin sorağında” adlı kino lentində Niderlanddan olan iranlı qadından bəhs edilir. O, bioloji valideynləri tərəfindən tərk edilib, 40 il əvvəl hollandiyalı cütlük onu himayəyə götürüb. İndi o, ailəsi və özünün əlaqəsi barədə çoxsaylı suallara cavab tapmaq sorağında İrana qayıdır.

Bir neçə il əvvəl İran mətbuatında “Hollandiyalı qız İranda özünün doğma ailəsini axtarır” kimi maraqlı sərlövhəli materiallar dərc olunmuşdu. Bu əhvalatı əsas götürən iranlı kinematoqrafçılar qrupu “Fəridənin sorağında” sənədli filmini lentə alıblar.

Film artıq İranın, eləcə də beynəlxalq kinoforumların mükafatları ilə təltif edilib. Ekran əsəri İran Kino Sənəti Akademiyasının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub, Montanada “Big Sky” sənədli kino festivalında, Kiyevdə insan haqları üzrə sənədli filmlər beynəlxalq festivalında, İstanbul kinofestivalında, Kazanda müsəlman kinosu beynəlxalq festivalında, həmçinin bir sıra Avropa kinofestivallarının proqramında iştirak edib.

Təqdirəlayiq haldır ki, sənədli film janrında ekran əsərini “Oskar”a ilk dəfə İran təqdim edir.

“Tehran Tayms”ın məlumatına görə, “Fəridənin sorağında” filmi onlarla namizədin daxil olduğu milli siyahıdan seçilib. İndi film Əlcəzairdən “Papiçu”, Gürcüstandan “Şindisi”, İsveçrədən “Şiksin ağuşuna Volkenbruxun ecazkar səyahəti” və bir sıra digər ekran əsərləri ilə “Oskar” uğrunda mübarizəyə qoşulacaq.

“Oskar” kinomükafatının 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da təşkil olunacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az