Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
08:16
351

23
Avq
08:16




Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışıdır. Bu xidmət kiçik dövlət müəssisələrinin ilkin qiymətinin 15 faizinin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı müəyyən edir.

Komitədən XeberOxu.Az-a  bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları var.

Özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlər əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, qanunvericiliyinə müvafiq olaraq həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə şamil edilir. Eyni zamanda özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış və 1995-ci il yanvarın 1-dən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslərin də dövlət əmlakını güzəştli şərtlərlə özəlləşdirmək hüquqları var.

Bu xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərə güzəştli satışda iştirak etmiş şəxslərin ümumi yığıncağının protokolu (işçilərin sayı 3 və daha çox olduqda), güzəştli satışda iştirak edən əmək kollektivi üzvlərinin siyahısı, ərizə və digər sənədlər tələb olunur. Xidmətdən istifadə üçün müraciətlər özəlləşdirmə haqqında rəsmi elan günündən etibarən 25 gün müddətində qəbul edilir. Özəlləşdirmə barədə elan Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunur, rəsmi saytda və özəlləşdirilmə portalında yerləşdirilir. Dövlət rüsumu tələb olunmur, xidmət haqqı isə müvafiq qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Qeyd edək ki, kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı xidmətindən elektron formada da istifadə etmək mümkündür. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 33-cü bölməyə “https://www.e-gov.az/az/services/read/3316/0” daxil olmaq kifayətdir.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az