Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
12:15
435

23
Avq
12:15



Azərbaycanda aşkar edilmiş dəvəgözü-vulkanik şüşədən olan alətlər trassoloji analiz edilib

Tokio (Yaponiya) Universitetinin daş emalı texnologiyası üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azərbaycanın neolit dövrü məskənlərində aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ suxuru, vulkanik şüşənin bir növü) hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparıb.

İnstitutdan XeberOxu.Az-a verilən məlumata görə, əsas məqsəd Azərbaycan ərazisində neolit dövründə yaşamış qədim əhali tərəfindən daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsi olub.

Tədqiqata əsasən Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib.

Qeyd edək ki, yaponiyalı tədqiqatçı F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqatlar aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az