Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Avq
2019
12:34
486

23
Avq
12:34




“İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

“İşsizin DOSTu” proqramının Ucar rayonunda icrasında guya neqativ hallara yol verildiyi barədə həmin rayonun bir qrup sakininin mətbuatda dərc olunan, faktlara əsaslanmayan, subyektiv fikirləri ilə bağlı rəsmi mövqeyimizi bildirmişdik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələnin yenidən mediada yer alması ilə əlaqədar ilk növbədə “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmini diqqətə çatdırır.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, proqram əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə “DOST İŞ Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir, kartı götürərkən də vətəndaş bunu imzası ilə təsdiq edir.

İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar İcraçı qismində həyata keçirirlər.

Yəni, “DOST İŞ Mərkəzi” ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi “DOST İŞ Mərkəzi”nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli İcraçı qurumlar birbaşa cavabdehlik daşıyırlar.

Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Hər ayın sonunda İcraçı tərəfindən təqdim olunmuş davamiyyət cədvəllərinə (tabellərə) əsasən Mərkəz tərəfindən içtimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əmək haqqı köçürülmür.

Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz İcraçının müraciəti ilə həmin işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir.

“DOST İŞ Mərkəzi” tərəfindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda İcraçı təşkilatların diqqətinə çatdırılır.

Onu da bildirim ki, Ucar rayonunda 307 nəfər şəxs (yəni heç də həmin şikayətdə qeyd edildiyi kimi 540 nəfər yox) proqram əsasında ödənişli ictimai işlərə cəlb edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az